Tariximiz

“AQS Group” şirkəti 2013-cü ildə Azərbaycanda təsis edilmişdir. Şirkət beynəlxalq standartlara uyğun olaraq idarəetmə sistemləri sahəsində müxtəlif növ konsaltinq və təlim xidmətləri,ixrac/idxal əməliyyatları zamanı tənzimləyici dəstək (idxal üçün  uyğunluq sertikatının alınmasında dəstək və ixracaatçılara  xarici bazarların tələblərinə dair məsləhətlər),ISO və IEC standartlarına uyğun keyfiyyət tələblərinə və testlərə  dair proqram təminatı sertifikatlaşdırılmasını, daxili 2 və 3-cü tərəf auditlərinin keçirilməsi xidmətləri,standartların satışını, Kitemark və ya CE Marking sistemlərinin tədbiqini təklif edir. Bizim şirkət həm özəl, həm də dövlət sektorundan olan müştərilərlə işləyir.

“AQS Group” Azərbaycanda aşağıdakı standartlar üzrə layihə və təlim kurslarını keçirən ilk konsaltinq şirkətidir:

  • IEC/ISO 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemi
  • ISO 55001:2012 “Aktivlərin idarəetmə sistemləri
  • ISO 20121:2011 “Tətbirlərin sabitliyinin idarəetmə sistemi
  • BS ISO 39001 “Yol Hərəkəti Təhlükəsizliyi İdarəetmə sistemi

“AQS Group” həmçinin ölkədə ilk dəfə olaraq ISO 37001:2016 “Korrupsiya əleyhinə İdarəetmə Sistemi” üzrə konfrans və bu standartının müəllifi, cənab Mayk Heniqanın, Master Klassını təşkil etmişdir.

“AQS Group” Azərbaycanda ilk dəfə olaraq 2018-ci ildə BS OHSAS 18001:2007 əvəzləyən ISO 45001:2018 “Əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik” standartını tətbiqi üzrə layihəyə başlamışdır.