Smart City

Müasir zamanda şəhərlərin ən ümumi problemi şəhərlərin fəaliyyəti üçün elektrik enerji, su ehtiyatları,  tullantıların idarəolunmsı, səhiyyə, yol hərəkəti və logistika kimi resurların məhdudiyyətini nəzərə alaraq, iqtisadi artım və əhalinin artması ilə bağlı yaranan problemlərdir. Şəhərin ehtiyacları üçün resursların ənənəvi təchizat yollarının potensialı məhduddur və bununla bağlı effektiv idarəolunma və nəzarətə ehtiyac yaranır.

Rəqəmsal infrastrukturu və rəqəmsal xidmətlərə əsaslanan “Smart City” (ağıllı şəhər) texnologiyaları şəhərin fiziki və sosial resursların idarəolunması üçün potensial həlləri təklif edir. Rəqəmsal texnologiyalar informasiyada olan ehtiyacları daha çox təmin etmək məqsədilə böyük həcmli məlumatları daha effektiv şəkildə əldə edə bilərlər. Yeni kommunikasiya səviyyəsi, məsələn, binalar, yollar və şəhərin digər elementlərində sensorların quraşdırılmasından başlayaraq təchizat kanalları arasında məlumatların bölüşdürülməsinə qədər, şəhərlər üçün xidmətlərin keyfiyyətinin artırılmasına, real vaxt rejimində resursların istifadəsinə nəzarəti artırmağa imkan verəcəkdir.

Resursların məhdudiyyətliliyi problemi davamlı inkişafda olan ehtiyacları nəzərə alaraq, məlumatların effektiv istifadə olunması və şəhərin idarəolunma potensialını artırması və bununla da turizmim inkişafı nöqteyi nəzərindən şəhərin daha rəqabətqabiliyyətli olmasına imkan verən ən son texnologiyaların tətbiqi ilə həll oluna bilər.

Bakı şəhərinin müxtəlif növ beynəlxalq mədəni və idman tətbirlərin, beynəxalq sərgilərin keçirilməsində fəallığını, eləcə də xarici qonaqların sayının ildən ildə artmasını nəzərə alaraq, “Smart City” üzrə sertifikatlaşdırılmanın tətbiqi bizim şəhərimizə rəqabətqabiliyyətini və yüksək səviyyədə cəlbliliyi saxlamağa imkan verəcəkdir.