Organic

Oraqanik kənd təsərrüfatının əsas məqsədi məhsuldarlığın artırılması deyil, qida məhsullarının keyfiyyətinin artırılmasıdır. Hazırda orqanik kənd təsərrüfatı təcrübəsi ilə ətraf mühitin, bitki, heyvan və insan sağlamlığının qoruması ilə torpaq, su ehtiyatları, və havanı çirkləndirməyərək kənd təsərrüfatı məhsullarını istehsal etmək mümkündür.

Fermerlər (fərdi və ya birliklər), satıcılar və müstəqil emal şirkətləri daxil olmaqla bütün ərzaq məhsullarının istehsalçıları, müştərilər və tədarükçülər orqanik sertifikatlaşdırma əldə edə bilərlər.

Təbiətdə əvvəl pozulmuş ekoloji tarazlığın bərpa olunması məqsədilə orqanik kənd təsərrüfatı zərərvericiləri və xəstəlikləri nəzarət etmək üçün bioloji metodlarını tətbiq edərək yanlış istehsal təcrübəsinin arzuolunmayan nəticələrini düzəldilməsi, torpaq münbitliyinin yaxşılaşdırılması, ətraf mühit və insanlar üçün mülayim istehsalat sisteminin qurulması, orqanik və “yaşıl” gücrələrin istifadəsini təşiq etməklə sintetik və kimyəvi gübrə və pestisidlərin istifadəsinin qadağan edilməsi üçün tətbiq olunur.

Fermadan masaya qədər orqanik kənd təsərrüfatı hər bir təsərrüfat təcrübəsi üçün nəzarət metodlarına malikdir və orqanil məhsullar və onların istehsalçıları üçün sertifikatlar verir.

Orqanik kənd təsərrüfatı insan və ətraf mühitə mülayim istehsal sistemlərini əhatə edir ki, bu da yanlış istehsalat təcrübəsinin nəticəsi olaraq təbiətdə əvvəllər pozulmuş ekoloji tarazlığı yenidən bərpa etməlidir.

Orqanik sertifikatlaşdırma, orqanik kənd təsərrüfatı məhsullarını istehsal, emal və ya Avropa İttifaqı bazarına ixrac edən hər kəs öz məhsulları “orqanik” kimi satmaq, etiketləmək və ya təqdim etmək üçün Avropa İttifaqında akkreditə olunmuş sertifikatlaşdırma orqanı tərəfindən təsdiq edilməlidir. Orqanik sertifikatlaşdırma məhsulun keyfiyyəti və təmizliyinə təminat deyildir. Bu məhsulun müəyyən edilmiş bir kənd təsərrüfatı və qida istehsalatı sisteminə aid olduğuna dair bir sübutdur.

Sertifikatlaşdırma prosesinə istehsalçının Orqanik İdarəetmə Planının yoxlanılması və illik auditin aparılması daxildir. Fəaliyyətlərinin orqanik standartlara və tələblərə cavab verilməsini yoxlamaq üçün fermer təsərrüfatları, qablaşdırma obyektləri, anbarlar, mağazalar və istehsal əməliyyatları ilə tanışlıq keçirilir.  Orqanik tələblər yerinə yetirildikdə, istehsalçının orqanik sertifikatı alır.