Konsaltinq

7 ildən çoxdur ki, biz Azərbaycanda yüksək keyfiyyətli konsaltinq xidmətlərini göstəririk.

“AQS Group” Britaniya Standartları İnstitutunun (BSI) BSI-ın Assosiativ Məsləhətçi Proqramına tələb olunan meyarlara cavab verərək qəbul olunmuş və Cənubi Qafqazda ISO 10019: 2007 “Keyfiyyət menecmenti sistemi üzrə məsləhətçilərin seçilməsi və onların xidmətlərindən istifadə qaydaları” standartı üzrə sertifikatlaşdırılmış yeganə şirkətdir.

AQS BSI-in Azərbaycanda yeganə tərəfdaşıdır.

Biz 50-dən çox həm dövlət, həm də özəl sektordan olan müştərilərlə əməkdaşlıq edərək effektiv və rəqabətəqabiliyyətli təşkilatın yaradılması üçün onlara konsaltinq xidmətlərini göstəririk. Bizim müştərilərimiz sənaye, kənd təsərrüfatı, qida və içkilər, İT, bank və maliyyə, nəqliyyat və logistika, İKT və xidmət sektorlarında gəaliyyət göstərirlər.

Biz sizin fəaliyyətinizi yalnız beynəlxalq standartlar nöqteyi nəzərindən qiymətləndirmirik, biz həmçinin bu standartlara uyğun olmaq üçün sizə dəstək göstəririk. Biz sizə sertifikatlaşdırılmadan öncəki bütün mərhələlərdə məshələt verir və aparıcı beynəlxaql sertfikatlaşdırma orqanları tərəfindən auditlərin müvəffəqiyyətlə keçmənizə zəmanət veririk.

Biz sinin biznesiniz üçün ən yaxşı təcrübələri yaratmaq məqsədilə biz yüksək peşəkarlığı və böyük təcrübəsi olan ekspertlər qrupun cəlb edirik. Bu bilik və bacarıqlarımızı tətbiq etməklə biz zəmanət veririk ki, bizim ekspertlər sizin üçün ən yaxşı konsaltinq xidmətlərinin göstərəcəklər.

“AQS Group” Avropa Yenidənqurma və İnkişaf Bankının “Business Advisory Services” (Biznes Məsləhət Xidmətləri) proqramın üzvüdür və bu proqram vasitəsilə mikro, kiçik və orta sahibkarlara 50% ortaq paylaşma əsasında “AQS Group”un geniş növ konsaltinq xidmətlərindən faydalanmağa imkan verilir.