Global G.A.P.

Qlobal kənd təsərrüfatı standartlarının uyğunlaşdırılması vasitəsilə GLOBAL G.A.P. davamlı kənd təsərrüfatı və fermerlərin, satıcıların və istehlakçının faydalanması üçün aqrokimyəvi maddələrin istifadəsinin minimallaşdırılmasını təşviq edir. Bu standart 120-dən çox ölkədə istehlakçı tələblərini “Yaxşı Kənd Təsərrüfatı Təcrübəsinə” (Good Agricultural Practice) çevirərək aparıcı kənd təsərrüfatı təhlükəsizliyi proqramı olaraq tanınır və istehsal edilən təhlükəsiz qidaya dair tələbləri daxil edir.

Uyğunluq tələblərinə cavabın verilməsi və istehsalda daha çox səmərəliliyin artırılması, biznes fəaliyyətini yaxşılaşdırması və böyük həcmdə resursların istifadəsini azaldılmasını nəzərəd tutan Global G.A.P. sertifikatlaşdırması aşağıdakıları əhatə edir:

  • Qida təhlükəsizliyi və izlenebilirlik
  • Ətraf mühit (bioloji müxtəliflik daxil olmaqla)
  • İşçilərin sağlamlığı, təhlükəsizliyi və rifahı
  • Heyvanların rifahı
  • Integrated Crop Management (ICM), Integrated Pest Control (IPC),
  • Keyfiyyət İdarəetmə Sistemi (QMS) və Təhlükə Təhlil və Kritik İdarəetmə Nöqtələri (HACCP)

GLOBAL G.A.P. üzrə sertifikatlaşdırma aşağıdakı üstünlüklərlə sizin “Yaxşı Kənd Təsərrüfatı Təcrübəsinə” sadiqliyinizi nümayiş etdirəcəkdir:

  • Qlobal səviyyədə tanınmış standartlara uyğun olaraq məhsullarınıza əlavə dəyər vermək
  • Yeni yerli və qlobal müştərilərə, bazarlara, təchizatçılara və satıcılara çıxışların asanlaşdırılması
  • Qida təhlükəsizliyi və məhsul təhlükəsizliyi ilə bağlı risklərin azaldılması
  • Təsərrüfat proseslərinin və idarəetmənin səmərəliliyinin artırılması
  • Ekoloji cəhətdən davamlı kənd təsərrüfatı təcrübələrinin təşviq edilməsi

İstehsalçıları yoxlamaq və sertifikatları təsdiq etmək üçün istifadə edilə bilən təhlükəsiz onlayn sertifikatlaşdırma məlumat bazasına girişin təmin edilməsi.